Avropa Yenidənqurma və İnkişaf Bankı

42 dünya ölkəsi və beynəlxalq maliyyə institutları tərəfindən 1990-cı ildən təsis edilən beynəlxalq maliyyə kredit təşkilatı. 1991-ci ildən fəaliyyətə başlayan Avropa Yenidənqurma və İnkişaf Bankının əsas məqsədi keçid iqtisadiyyatına malik Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadi siyasətini dəstəkləməkdən ibarətdir.
Avropa Valyuta Sistemi
Avropartnyorlar
OBASTAN VİKİ
Avropa Yenidənqurma və İnkişaf Bankı
Avropa Yenidənqurma və İnkişaf Bankını (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD) — Beynəlxalq maliyyə təşkilatlarına daxidir. 1991-ci ildə 61 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi, Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədilə yaradılmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirovdur. Bankın əsas ofisi Böyük Britaniyada yerləşir.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, BİYB ing. International Bank for Reconstruction and Development ) — beynəlxalq maliyyənin daha bir mühüm təşkilatı. BİYB 1944-cü ildə Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yardılmışdı. BİYB-nın rəhbər orqanları ali rəhbər orqanı İdarəedicilər Şurasıdır və onun Direktorluğudur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümu kapitalının 20%-dən çox hissəsi ABŞ-nin payına düşür.
Afrika İnkişaf Bankı
Afrika İnkişaf Bankı (İngiliscə: African Development Bank-AFDB) — müstəqil Afrika ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə qurulmuş olan bank. Qısa adı AFDB olan Afrika İnkişaf Bankı, 10 sentyabr 1963 tarixində qurulmuşdur. İlk qurulduğu illərdə "Yeni Müstəmləkəçilik" təsirlərindən qorunmaq məqsədilə Afrikadan başqa bölgələrdən üzv qəbul edilmirdi. 197-ci ildə Afrikalı olmayan ölkələrə açıq və bankın bir yan quruluşu olan Afrika İnkişaf Fondu yaradıldı. Fond vasitəsilə üzv ölkələrə aşağı faizlə borc imkanları tanındı. 1982-ci ildə bank statusunda edilən bir dəyişiklik ilə Afrika xaricindəki ölkələrə də üzvlük haqqı verildi.
Asiya İnkişaf Bankı
Asiya İnkişaf Bankı (ing. Asian Development Bank) — beynəlxalq maliyyə təşkilatı olub, 1966-cı ildə yaradılmışdır. Məqsədi Asiyada və ümumiyyətlə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdir. Baş ofisi Filippində (Manila) yerləşir. 2005-ci ildən AİB-in prezidenti Xaroxiko Kurodadır.
Yeni İnkişaf Bankı
Yeni İnkişaf Bank (YİB) (ing. BRICS Development Bank) — BRICS üzvü ölkələr (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) tərəfindən qurulan beynəlxalq maliyyə təşkilatı, inkişaf bankı. Bankın məqsədi BRICS ölkələrində və inkişaf etməkdə olan ölkələrdə infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir. Bankın mərkəzi binası Şanxayda yerləşir. YİB-nın nizamnamə kapitalı 100 milyard ABŞ dollarıdır. Bankın ayrılmış kapitalı - 50 milyard ABŞ dolları (ödənilmiş kapital - 10 milyard ABŞ dolları və tələbə görə 40 milyard ABŞ kapitalı daxildir) Bankın yaradılması ilə bağlı siyasi qərar BRICS liderləri tərəfindən 27 mart 2013-cü il tarixində Durban şəhərində baş tutan 5. BRICS Sammitində verilmişdir . Təşkilatın yaradılmasının səbəblərindən biri də BRICS üzvlərinin dəfələrlə Dünya Bankını və BVF-ni bu təşkilatlarda ən vacib qərarlar qəbul edərkən BRICS ölkələrinin kifayət qədər səs ala bilməməsinə görə tənqid etmələri idi. Yeni İnkişaf Bankı haqqında müqavilə 15 iyul 2014-cü ildə Braziliyanın Fortaleza şəhərində keçirilmiş VI BRICS Sammitinin ilk günündə imzalanmışdır. Bu sənəd yeni üzvlərin qoşulması üçün açıqdır.
İslam İnkişaf Bankı
İslam İnkişaf Bankı (ing. Islamic development bank) və ya qısaca İİB (ing. IDB) — maliyyələşdirməni İslam prinsinplərinin əsasında aparılan beynəlxalq maliyyə qurumu. Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. XX əsrin sonlarına doğru faizsiz maliyyə sisteminin fəaliyyəti genişləndikcə bu sahədə işləyən instutların formalaşması və yaranması prosesi də sürətlənirdi. Belə olduğu halda bir sıra Şərq ölkələri və onların təmsil olunduqları beynəlxalq təşkilatlarda faizsiz prinsiplər əsasında regional səviyyədə vahid maliyyə institutunun yaradılması ideyaları səslənirdi. Bu özünü ən çox İslam Konfransı Təşkilatına üzv olan ölkələrin yığıncaqlarında büruzə verirdi. Nəhayət 1973-cü ilin dekabrında (hicri 1393) Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin Maliyyə Nazirlərinin Konfransında imzalanan Niyyət Bəyannaməsinin nəticəsində İslam İnkişaf Bankı təsis edilmişdir. Bu bank faizsiz maliyyə sistemi sahəsində fəaliyyətə başlayan ilk beynəlxalq 19 maliyyə təşkilatıdır.
Yenidənqurma
Perestroyka (rus. перестройка) və ya Yenidənqurma — SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən konfiqurasiya və islahat hərəkatı. İlk olaraq 1979-cu ildə Leonid Brejnev tərəfindən təqdim olunmuş, dövrün dövlət başçısı Mixail Qorbaçov tərəfindən dəstəklənmiş və təşviq edilmişdir. Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaranmışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci illərin ortalarından görünürdü, — elmi-texniki tərəqqi ləngiyirdi, sənayedə avadanlığın mənəvi aşınması, infrastrukturun zəifliyi, təbii ehtiyatlar hasilatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana gəlməsi təzahür edirdi. Əmək məhsuldarlığının orta illik artımı 1965–1970-ci illərdəki 5,2 faizə qarşı 1981–1985-ci illərdə cəmi 3 faiz təşkil edirdi. Bu dövrdə istehsal olunan məhsulun orta illik artımı sənayedə 8,5 faizdən 3,1 faizə, kənd təsərrüfatında 4 faizdən 1,2 faizə, mal dövriyyəsi 8,2 faizdən 2,8 faizə, əsaslı vəsait qoyuluşu 7,6 faizdən 3,3 faizə enmişdi. 60-cı illərdə ölkədə keçirilən islahatlar iflasa uğradı. Çünki faktiki olaraq köhnə ictimai-siyasi rejim toxunulmaz qalmışdı, effektli olmayan iqtisadiyyat, ekstensiv inkişaf modeli qalmaqda idi. Sovet İttifaqının iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.
Avropa Mərkəzi Bankı
Avropa Mərkəzi Bankı (ECB) (ing. European Central Bank) — avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır. 1998-ci ildə Frankfurtda təməli qoyulmuşdur. AMB avronu qəbul edən üzv ölkələrin milli bankları ilə işləyir. AMB-nin idarəedici şurasının tərkibi altı üzvdən, idarəedici şura və Avropa PulKredit İttifaqının üzvləri olan milli bankların idarəedicilərindən ibarətdir. AMB avro banknotlarının buraxılmasında yeganə hüquq sahibidir. AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir: qiymət sabitliyini qorumaq; qiymət sabitliyinə tabe olmaq; ittifaqın ümumi iqtisadi siyasətinə dəstək vermək. Avropa Pul Birliyinin yaranmasından etibarən 1 iyun 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Avro da 1 yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır. Mərkəzi Frankfurtda yerləşən Avropa Pul İnstitutu 1994-cü ildən bəri bunun zəminini hazırlamışdır. Avronu qəbul edən Ölkələr "Avro sistemi" və ya "Avro sahəsi"ni yaradırlar.
Avropa İnvestisiya Bankı
Avropa İnvestisiya Bankı — maliyyə qurumu olaraq 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur. Avropa İnvestisiya Bankı hüquqi və maliyyə muxtariyyətinə sahibdir. Bankın üzvləri Avropa Birliyi üzvü olan dövlətlərdir. Bankın mərkəzi Lüksemburqdadır. AİB 1994-cü ildə 19,9 milyard ECU həcmində kredit vermiş, beləliklə öndə gələn beynəlxalq maliyyə qurumları arasındakı yerini qüvvətləndirmişdir. AİB-in ən əsas hədəfi Avropa Birliyinin taraz inkişafına kömək etməkdir. Bununla yanaşı Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətrafın qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına və sənayə və kiçik şirkətlərin rəqabət gücünün beynəlxalq aləmdə artırılmasına yönəlmiş layihələri maliyyə ilə təmin edir. Bank Avropa Birliyi xaricində də birliyin üzvü olmayan ölkələrə yönəlmiş əməkdaşlıq siyasətinin həyata keçirilməsinə kömək edir. Afrika, Karib ölkələri və Sakit okean ölkələrində, Aralıq dənizi hövzəsində, Orta və Şərqi Avropada, Latın Amerikasında və Asiyada fəaliyyət göstərir. Avropa İnvestisiya Bankı mənbələrinin böyük bir hissəsini sərmayə bazarlarından borc alır.
Qara Dəniz Ticarət və İnkişaf Bankı
Qara Dəniz Ticarət və İnkişaf Bankı (ing. Black Sea Trade and Development Bank (BSTDB)) — Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatı. Bankın məqsədləri bölgədə ticarət əlaqələrini inkişaf etdirmək, beynəlxalq layihələrin həyata keçirilməsini asanlaşdırmaq, xarici investisiyaları təşviq etmək və ticarət və iqtisadi əlaqələrin həm dövlət səviyyəsində, həm də özəl biznesdə inkişafına zəmanət verməkdir. Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aiddir. QDTİB-in fəaliyyətini müəyyənləşdirən əsas sənəd, BMT tərəfindən qeydiyyata alınan Qara Dəniz Ticarət və İnkişaf Bankının yaradılması haqqında Sazişdir. Bankın nizamnamə kapitalı 3 milyard XBH-dur.
Yeni İnkişaf Bankı BRICS
Yeni İnkişaf Bank (YİB) (ing. BRICS Development Bank) — BRICS üzvü ölkələr (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) tərəfindən qurulan beynəlxalq maliyyə təşkilatı, inkişaf bankı. Bankın məqsədi BRICS ölkələrində və inkişaf etməkdə olan ölkələrdə infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir. Bankın mərkəzi binası Şanxayda yerləşir. YİB-nın nizamnamə kapitalı 100 milyard ABŞ dollarıdır. Bankın ayrılmış kapitalı - 50 milyard ABŞ dolları (ödənilmiş kapital - 10 milyard ABŞ dolları və tələbə görə 40 milyard ABŞ kapitalı daxildir) Bankın yaradılması ilə bağlı siyasi qərar BRICS liderləri tərəfindən 27 mart 2013-cü il tarixində Durban şəhərində baş tutan 5. BRICS Sammitində verilmişdir . Təşkilatın yaradılmasının səbəblərindən biri də BRICS üzvlərinin dəfələrlə Dünya Bankını və BVF-ni bu təşkilatlarda ən vacib qərarlar qəbul edərkən BRICS ölkələrinin kifayət qədər səs ala bilməməsinə görə tənqid etmələri idi. Yeni İnkişaf Bankı haqqında müqavilə 15 iyul 2014-cü ildə Braziliyanın Fortaleza şəhərində keçirilmiş VI BRICS Sammitinin ilk günündə imzalanmışdır. Bu sənəd yeni üzvlərin qoşulması üçün açıqdır.
Tədqiqat və inkişaf
Tədqiqat və inkişaf (və ya qısaca TƏ-İN) OECD tərəfindən "biliklərin artırılması üçün sistematik şəkildə həyata keçirilən yaradıcılıq işləri və bu biliklərdən yeni tətbiqetmələr yaratmaq üçün istifadə edilməsi" kimi təyin olunmuşdur. Tədqiqat və inkişaf üç hissədən ibarətdir: Əsas tədqiqat Tətbiqi tədqiqat Eksperimental inkişaf. Tədqiqat və inkişaf, mədəniyyət, insan və cəmiyyət biliklərindən ibarət olan məlumat bazasını artırmaq və ondan yeni proseslər, sistemlər və tətbiqetmələr hazırlanması üçün istifadə məqsədilə, sistemli şəkildə həyata keçirilən yaradıcı fəaliyyəti, ətraf mühitə uyğun məhsul dizaynı və ya proqram fəaliyyətləri ilə öz sahəsində elmi və texnoloji inkişafı təmin edən, elmi və texnoloji cəhətdən bir qeyri-müəyyənliyə yönəlmiş və nəticələri orijinal, eksperimental, elmi və texniki fəaliyyətləri əhatə edir. Tədqiqat və İnkişaf; Həm bir şirkət, həm də bir ölkə üçün yenilik sayəsində böyümənin və inkişafın vacib bir elementidir. TƏ-İN həyata keçirən təşkilatlar öz məhsuldarlığını və istehsal keyfiyyətini artırmağı və ya yeni məhsul və xidmətlər yaratmağı hədəfləyirlər.
Yenidənqurma dövrü
Yenidənqurma dövrü (ing. Reconstruction era) — ABŞ Vətəndaş müharibəsindən sonra ABŞ tarixində köləliyin ləğvi və keçmiş Amerika Konfederativ Ştatlarının Amerika Birləşmiş Ştatlarına yenidən birləşdirilməsinə yönəlmiş qanuni, sosial və siyasi məcburiyyətlərin hakim olduğu dövr. Bu dövrdə yeni azadlığa qovuşmuş kölələrin bərabər mədəni hüquqlarını təmin etmək üçün ABŞ Konstitusiyasına üç əlavə dəyişiklik edilmişdir.
Avropa Regional İnkişaf Fondu
Avropa Regional İnkişaf Fondu (ARİF) — Avropa İttifaqı tərəfindən ayrılmış Avropa Struktur və İnvestisiya Fondlarından biri. Avropa İttifaqının vahid büdcəsindən maliyyələşdirilir. 1975-ci ildə yaradılmış ARİF Avropa İttifaqının regional siyasətinin məqsədlərinin həyata keçirilməsinndə əlaqələndirici rol oynayır və sənayenin tənəzzülünə məruz qalmış, inkişaf etməmiş regionların, eləcə də əlaqələndirici Avropa İttifaqına üzv olan ölkələrdə kənd yerlərinin inkişafına və yenidən qurulmasına yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün əsas alətdir. 1995-ci ildən Finlandiya və İsveçrənin şimal regionlarının inkişafına maliyyə yardımı göstərir. 1995-ci ildə fondun yuxarıda qeyd olunan fəaliyyətlər üzrə maliyyə ayırmaları 9 milyard EKYU-ya yaxın olmuşdur.
İnkişaf
İnkişaf — müsbət mənada kəmiyyət-keyfiyyət dəyişikliyini nəzərdə tutan hərəkət. Adi hərəkətdən fərqli olaraq, inkişaf, dialektik mənada, daha üstün səviyəyə qalxmaqdır, təkmilləşməkdir.
Vətəndaş və İnkişaf Partiyası
Vətəndaş və İnkişaf Partiyası və ya qısaca VİP — Azərbaycanda 28 may 2006-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyevin rəhbərliyində qurulmuş, 10 avqust 2008-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmış və 25 iyun 2023-cü il tarixində fəaliyyətini dayandırmış siyasi partiya. 2003-cü il prezident seçkilərinin ardından Azərbaycan Milli İstiqlal Partiyası sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir. Sədr səlahiyyətləri isə onun qohumu Əli Əliyevə həvalə edilmişdir. 7 fevral 2005 tarixində Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar VIII Qurultayı keçirilmişdir. Qurultayda Əli Əliyev partiya sədri seçilmiş və partiyanın lideri postu yaradılmışdır. 2005-ci il parlament seçkiləri ərəfəsində 13 iyul 2005-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır, lakin seçkilərin nəticəsi açıqlandıqda Yeni Siyasət Seçki Blokunun vahid siyahısından sadəcə 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir. Yeni Siyasət Seçki Blokunun üzv partiyaları seçki nəticələrinə etiraz etmiş və seçilmiş deputatları istefaya dəvət etmişdir, lakin Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. AMİP sədri Əli Əliyev buna etiraz etmişdir. Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir. 21 yanvar 2006-cı il tarixində partiya sədri Əli Əliyev Azərbaycan Demokrat Partiyasının qərargahında quruıtay çağırımış, lakin 190 nümayəndənin iştirak etməli olduğu qurultayda 100 nümayəndə iştirak etmişdir.
İnkişaf və Diplomatiya İnstitutu
İnkişaf və Diplomatiya İnstitutu (ing. Institute for Development and Diplomacy (IDD)) — bütün dünya üzrə ekspert, tədqiqat və siyasət quruculuğu ilə məşğul olan icmalarla əlaqələr üzrə ixtisaslaşmış beyin mərkəzi. Azərbaycan Respublikasının ali təhsil müəssisəsi olan ADA Universiteti (keçmiş Azərbaycan Diplomatik Akademiyası) 2006-cı ilin martında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmişdir. Öz missiyasını reallaşdırmaq yolunda ADA Universiteti 2022-ci ildə Azərbaycanda və İpək Yolu regionunun digər bölgələrində, o cümlədən daha qlobal müstəvidə ekspertlərlə, eləcə də tədqiqat və siyasi quruculuqla məşğul olan icmalarla əlaqəni genişləndirmək məqsədilə İnkişaf və Diplomatiya İnstitutunu (IDD) təsis edib. Dünyadakı aparıcı tədqiqat institutlarının təcrübəsi əsasında modelləşdirilmiş İnkişaf və Diplomatiya İnstitutu ADA Universitetinin siyasi yönümlü, fənlərarası tədqiqat və təhlil nəticələrini özündə birləşdirən mərkəzi, siyasi yönümlü konfransların, brifinq və praktiki məşğələlərin əsas ünvanıdır. İnstitutun strateji vizyonu dövlət siyasətinin araşdırılması və təhlili, intellektual müzakirələrin təmin edilməsi, istedadlı kadrların yetişdirilməsi və beynəlxalq təbliğatın aparılması üçün regional mərkəz rolunu oynamaqdır. İnkişaf və Diplomatiya İnstitutu 1 mart 2022-ci il tarixində ADA Universiteti nəzdində təsis edilib. Bu İnstitutun missiyası həm hökumətlərin, həm də onların xidmət etdikləri vətəndaşların gün keçdikcə mürəkkəbləşən, müasir dünyanın dinamik və bir-biri ilə bağlı olan əsas problemlərinin öhdəsindən gəlməsinə dəstək göstərməkdir. İnkişaf və Diplomatiya İnstitutu həllərə əsaslanaraq xarici siyasət, diplomatiya və beynəlxalq münasibətlər, geosiyasət, təhlükəsizlik, enerji, davamlı inkişaf (yəni, iqtisadiyyata, sosial siyasətə və ətraf mühitə, o cümlədən iqlim dəyişikliyi və dayanıqlılıqla bağlı digər mövzulara vahid yanaşma), gender, habelə Azərbaycan və bir çox ölkələr üçün əhəmiyyət kəsb edən sülh və barışıq məsələlərinin müzakirəsi və təhlili üçün platforma təqdim edir. Öz missiyasının davamı olaraq “IDD” açıq və səmimi dialoq və müzakirələr üçün məkan təmin edir, müstəqil və siyasi yönümlü tədqiqat nəticələri və təhlillər dərc edir, ixtisasartırma proqramlarına ev sahibliyi, eləcə də Azərbaycanda və xaricdə tədbirlər, konfrans, seminar və siyasi brifinqlər təşkil edir.
Ədalət və İnkişaf Partiyası
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP və ya AK Parti kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
Sosialist Yenidənqurma Partiyası
Sosialist Yenidənqurma Partiyası (SYP; türk. Sosyalist Yeniden Kuruluş Partisi, SYKP) — Türkiyədə marksist–leninist və sosialist feminist siyasi partiya. Partiya 24 iyun 2013-cü ildə ifrat sol fraksiyaların Sosial Azadlıq Partiyası Təşəbbüsü, İşçi Sosialist Partiyası, Sosialist Gələcək Partiyası Təşəbbüsü və Sosialist Birlik Hərəkatının birləşməsi kimi təsis edilmişdir. Sosial Azadlıq Partiyası Təşəbbüsü daha sonra SYKP-nin quruluş prosesindən ayrılaraq Sosial Azadlıq Partiyasına çevrilmişdir. Partiyanın loqotipində üçrəngli ulduz və qırmızı sosializmi, bənövşəyi feminizmi, yaşıl isə ətraf mühiti ifadə edir. Partiya 2012-ci ildə Xalqların Demokratik Partiyasının yaradılmasında mühüm rol oynayan siyasi təşəbbüs olan Xalqların Demokratik Konqresinin (HDK) iştirakçılarından biridir.
Bosniya və Herseqovina Mərkəzi Bankı
Bosniya və Herseqovina Mərkəzi Bankı (bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине) — Bosniya və Herseqovinanın mərkəzi bankı. Əsas mərkəzi Sarayevo şəhərində yerləşir. Rəhbəri Senad Softiçdir. Bosniya və Herseqovina konvertasiya olunan markasının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Bosniya və Herseqovinada olan bütün banklardan üstündür. Bosniya və Herseqovina hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, ölkəsini beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. == Strukturları == == Əsas məqsədi == Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.
Qida bankı
Qida bankı (ing. Food bank) — aclıqdan çətinlik qarşısını almaq üçün kifayət qədər ərzaq alınması olan insanlara qida paylayan xeyriyyəçi təşkilat. Amerika Birləşmiş Ştatları və Avstraliyada, qida bankları anbar kimi fəaliyyət göstərirlər. Dünyada ilk qida bankı, 1967-ci ildə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Standard model olan qida banklarında məhsullar qida talonları ilə verilir. 2014-cu ilin statistikasına görə, ABŞ-də hər 7 nəfərdən biri qida banklarından yardım almaq məcburiyyətindədir. 200 qida bankına sahib olan və ildə 17 milyonu uşaq olmaqla ümumilikdə 37 milyon insanı qidalandıran "Feeding America" adlı yardım təşkilatı problemin ABŞ diametrində olduğunu deyir. Ucuz və asan hazırlanan qida axtarışı, insanları pizza kimi qeyri-sağlam seçimlərə məcbur edərək, gələcəkdə piylənmə və digər sağlamlıq problemlərinə də yol açır. Bəzi bölgələrdə məktəblər "kürək çantası" deyilən bir layihə ilə ən yoxsul ailələrə həftə sonunda istehlak üçün cümə günündən qida paylanır. Avropada ilk qida bankı, 1984-ci ildə Fransada yaranmışdır.
İpoteka bankı
İpoteka bankı — ipoteka kreditinin verilməsi, ipoteka ilə təmin edilmiş qiymətli kağızların yenidən satışı və bu fəaliyyətlə bağlı xidmətlərin göstərilməsi ilə məşğul olan ixtisaslaşmış bank. İpoteka bankı ilk dəfə XIII əsrdə Qərbi Avropada yaranmışdır. Bu bank növü xüsusilə Almaniyada inkişaf etdirilmişdir, burada ilk ipoteka bankı 1770-ci ildə Sileziyada yaradılmışdır. Əsasən iri kommersiya təsərrüfatlarına maliyyə dəstəyi verən dövlət ipoteka bankı idi. Almaniyada banklar sənaye şirkətlərinə, daşınmaz əmlaka, eləcə də kənd istehsalçılarının ehtiyaclarına ipoteka kreditləri verirdi. Dünya müharibələri və sonrakı inflyasiya ipoteka banklarının inkişafına mənfi təsir göstərdi. Bu şərtlər daxilində ipoteka banklarının sayı azalıb. Əlverişli iqtisadi şərait dövründə onların sayı, əksinə, artdı. Fransada ipoteka bankları spesifik xarakter daşıyır. Bu bank növü yalnız 1960-1970-ci illərdə Fransada inkişaf etdirilmişdir.
İngiltərə Bankı
İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir.